İlhamə Quliyevanın baş daşı qoyulub - Foto

ilhame-quliyevanin-bas-dasi-qoyulub
Oxunma sayı: 22276

“Anamın baş daşı bu gün hazır olub. Getdim baxdım və bəyəndim”.

“Qafqazinfo” xəbər verir ki, bunu Lent.az-a xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov deyib .

O, baş daşına görə ölkə başçısına, Fəxri Xiyabanının rəhbərliyinə dərin təşəkkür edib.

Orxan Nadirov onu da qeyd edib ki, anası öləndən sonra onun haqqında çox əsassız fikirlər söylənilib: “ Boş-boş danışanlara demək istəyirəm ki, öz işləri ilə məşğul olsunlar. Anamın ölümündən sonra çox əsassız məlumatlar dərc olundu. Bu, bir övlad kimi mənə pis təsir eləyir".