İlk yeri ruslarla ermənilər paylaşır... - Fotolar

ilk-yeri-ruslarla-ermeniler-paylasir
Oxunma sayı: 8731

Stokholmda keçiriləcək “Eurovision 2016” mahnı müsabiqəsinə geri sayım başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, mayda başlayacaq musiqi yarışmasına qatılan ölkələr təmsilçilərinin və mahnılarının tanıtımına başlayıblar.

Artıq bukmeykerlər və “Eurovision” fan səyfələri birinciliyə iddialı ölkələrin adlarını da sıralayıblar.

Azərbaycan təmsilçisi Səmra Rəhimli isə ilk 10-luqda yer alıb.

“Nicerodds.co.uk” saytı bukmeyker proqnozlarını daim yeniləyir. Avropanın ən böyük bukmeyker saytı hesab edilən bu saytda Azərbaycan Ermənistanla 10-cu yer uğrunda daim mübarizə aparır.

Hesablamalara görə isə birinci yerin sahibi yenə də Rusiya təmsilçisi Sergey Lazarevdir.

“Eurovision” mahnı müsabiqəsinin rəsmi “youtube” səhifəsində də baxış sayına görə mübarizə aparılır.

Bu günün nəticələrinə görə, ən çox baxılan mahnı və klip Polşa təmsilçisi Michak Szpakdır ( 2 milyon 244 min).

İkinci yeri Ermənistan təmsilçisi İveta Mukuchyanın “Love wave” mahnısı 1 milyon 791 min baxış toplayıb.

Azərbaycan təmsilçisi Səmra Rəhimlinin “Miracle” mahnısı isə ən çox dinlənilən mahnılar sırasındadır. Belə ki, müğənnin ifa etdiyi mahnı və klipə 1 milyon 2 min insan baxıb. 

Xatırladaq ki, “Eurovision 2016”nın ilk yarımfinalı mayın 10-da, ikinci yarımfinal 12-də, final isə 14-də keçiriləcək.