İran AEBA ilə əməkdaşlığı dayandırır

iran-aeba-ile-emekdasligi-dayandirir
Oxunma sayı: 886

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın müvəqqəti dayandırılmasına dair qanun layihəsini təsdiq edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin nümayəndəsi Alireza Salimi açıqlayıb. 

Bildirilib ki, İranın nüvə obyektlərinin təhlükəsizliyi təmin edilməyənə qədər AEBA müfəttişlərinin ölkəyə daxil olması qadağan ediləcək.