İran səfirinin qızı Moskvada öldü

iran-sefirinin-qizi-moskvada-oldu
Oxunma sayı: 6471

İranın Rusiyadakı səfiri Mehdi Sənainin qızı Arefə insult nəticəsində dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyinə diplomatik missiyadan məlumat verilib.

“Çox təəssüf ki, bu, belədir.O, Moskvada insultdan vəfat edib. Yatıb və oyanmayıb”, -deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, bəzi Rusiya KİV-də səfirin 28 yaşlı qızının psixi problemləri olduğu, buna görə intihar etdiyinə dair məlumat yayılıb. Belə ki, o, İranda mütəmadi psixoloq nəzarətində olurmuş və depressiya əleyhinə dərmanlar qəbul edirmiş. Ömrünün son 4 ayında Moskvada yaşayırmış.

Bu məqamda bildirək ki, Mehdi Sanai 2013-cü ildən İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir.

Mehdi Sənai