İranda quruyan su anbarından onlarla meyit tapıldı - Video

iranda-quruyan-su-anbarindan-onlarla-meyit-tapildi
Oxunma sayı: 2994

İranda milyonlarla insanın içdiyi Kərəc su anbarı quruyandan sonra içindən əli-qolu bağlı, edam edilmiş onlarla meyit çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı GünAz TV məlumat və görüntülər paylaşıb.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələri kütləvi qətlləri və hökumətin cinayətlərini ört-basdır etmək üçün ərazini bağlayıb və təmizləmə işlərinə başlayıb.

Yayılan kadrlarda xüsusi izolyasiya edilmiş geyimlərdə olan şəxslərin meyitləri topladığı görünür.