İş və istirahət günlərinin yerləri dəyişdirildi

is-ve-istirahet-gunlerinin-yerleri-deyisdirildi
Oxunma sayı: 18249

Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən olunub. Beləliklə, 18 (bazar), 19, 20, 21 iyul qeyri-iş günləridir.