İsa Həbibbəylinin oğlu yüksək vəzifəyə təyin edildi

isa-hebibbeylinin-oglu-yuksek-vezifeye-teyin-edildi
Oxunma sayı: 8421

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib.

"Qafqazinfo" Nuhçıxan-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də fərman imzalayıb.

Fərmana əsasən, Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. 

Qeyd edək ki, Səhət Həbibbəyli bundan əvvəl Komitənin sədr müavini vəzifəsində çalışıb. O, millət vəkili, AMEA-nın vitse-prezidenti, İsa Həbibbəylinin oğludur.