İşdən çıxarılan polis polkovnikinə yeni vəzifə verildi

isden-cixarilan-polis-polkovnikine-yeni-vezife-verildi
Oxunma sayı: 9795

Bir müddət əvvəl daxili işlər naziri Ramil Usubov tərəfindən Mingəçevir şəhər Polis şöbəsinin rəisi vəzifəsindən azad edilən polis polkovniki Ələsgər Bədəlova yeni vəzifə verilib.

“Qafqazinfo” xəbər verir ki, Ə.Bədəlov Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyin edilib. “Azərişıq”-ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev xəbəri Lent.az-a təsdiqləyib.

Qeyd edək ki, Ə.Bədəlovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı ilk xəbəri azadliq.info yaymışdı.