İŞİD-in seks köləliyi biznesi - Rəsmi sənədlər tapıldı

isid-in-seks-koleliyi-biznesi
Oxunma sayı: 10434

İŞİD-dən azad edilən Palmira şəhərində terrorçuların seks köləliyi biznesi qurduğunu sübut edən sənədlər tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin sənədləri ekstremistlər qədim şəhəri tələsik tərk edərkən unudublar.

Sənədlərdə elan edilir ki, kölə almaq istəyənlər baş ofisə gəlməlidirlər: “İslamı yaymaqla məşğul olan qardaşlarımız batalyon əmirinin qeydiyyatından keçməlidir. Sərəncamı imzalamayanlar kölə bazarına çıxmaq haqqı əldə edə bilməyəcəklər. Qiymətlərlə bağlı informasiya alış zamanı gizli konvertlə açıqlanacaq”.

Xatırladaq ki, martın 27-də Suriya ordusu Palmira şəhərini İŞİD qüvvələrindən azad etmişdi.