İsmayıllıda şort geyinənlərə qarşı çıxdılar - Video

ismayillida-sort-geyinenlere-qarsi-cixdilar
Oxunma sayı: 8026

İsmayıllı rayonunda sakinlərlə yerli turistlər arasında şort (şortik) geyinmək üstündə yaranmış mübahisənin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərin rayonun Qalacıq kəndi yaxınlığında çəkildiyi və sakinlərin şort geyinən şəxslərin qarşısını kəsərək körpüdən keçməyə icazə vermədiyi bildirilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, mübahisə yerindəcə həll olunub və məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb: “Bununla belə yerli sakinlərlə profilaktik söhbət aparılıb”.