İstanbulda terrorçu özünü belə partlatdı - Daha bir video

istanbulda-terrorcu-ozunu-bele-partlatdi
Oxunma sayı: 9135

İstanbulun İstiqlal küçəsində partlayış törədən terrorçunun yeni görüntüləri yayılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kamikadzenin faciəni törətdiyi an şəhər kameralarında əks olunub.

Qeyd edək ki, ötən gün Türkiyənin İstiqlal küçəsində partlayış baş verib. Səhiyyə naziri Mehmet Müəzzinoğlu 5 nəfərin öldüyünü, 38 nəfərin isə xasarət aldığını qeyd edib.