“İtkilərimiz daha çoxdur” - Peqov Şoyquya qarşı

itkilerimiz-daha-coxdur
Oxunma sayı: 8479

Xəbər verdiyimiz kimi, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın müharibədə 61 207 hərbçi itirdiyini, Rusiya tərəfindən isə 5937 nəfərin həlak olduğunu açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqov Şoyqunun bu açıqlamasına münasibət bildirib.

Belə ki, o, Rusiyanın müharibədəki itkilərinin açıqlanan rəqəmdən daha çox olduğunu iddia edib.

“Şoyquda necədir deyə bilmərəm, lakin bizim itkilərimiz daha çoxdur”, - deyə Peqov öz rəsmi teleqram kanalında qeyd edib.