İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi

itkin-dusen-polkovnik-leytenantin-da-sehid-xeberi-geldi
Oxunma sayı: 6280

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

Bu barədə "Qafqazinfo"ya şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

Emin Səfərov