Jurnalist komediyaçının üzünə tüpürdü - Video

jurnalist-komediyacinin-uzune-tupurdu
Oxunma sayı: 5008

“Bəyaz TV”nin müxbiri komediyaçı Atalay Demircinin üzünə tüpürüb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sosial şəbəkə hesabı hakerlər tərəfindən ələ keçiriləndən sonra Fətullah Gülən camaatına yaxınlığı məlum olan A. Demirci bir anda jurnalist Levent Kellecinin “hücum”una məruz qalıb.

Demirciyə qiyam gecəsi ilə bağlı suallar yönəldən müxbir bir anda əsəbləşərək onun üzünə tüpürüb və “Mən sizin doğru danışdığınıza inanmıram. Siz də onların itisiniz” deyib.