Jurnalisti söyən məşhur aktyora kəllə atdılar

jurnalisti-soyen-meshur-aktyora-kelle-atdilar
Oxunma sayı: 6094

Türkiyənin məşhur sənətçisi Nejat İşler ilə şou-biznes müxbirləri arasında dava çıxıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb aktyorun sərxoş olduğu halda jurnalistin ona dayanmadan sual ünvanlaması olub.

Bunun ardınca aktyor əsəbiləşib və söyüş söyməyə başlayıb.

Qeyri-etik ifadələrdən hiddətlənən müxbirlərdən biri sənətçiyə kəllə atıb.

Qeyd edək ki, sözügedən görüntülərdə çoxsaylı təhqiramiz ifadələr yer aldığından onu yayımlamağı məqbul hesab etmirik.