Bakıda üç yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb.
Binaya qonaq gələn ailənin üç yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanın və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.
"Qafqazinfo" əlavə edir ki, körpə Bağırova Nisə Əliqulu qızına məxsus 250-ci mənzilin pəncərəsindən yıxılıb.
***
Səbail rayon prokurorluğu bu gün 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.




Son xəbərlər
Son Xəbərlər