Kamran Əliyevdən yeni təyinatlar

kamran-eliyevden-yeni-teyinatlar
Oxunma sayı: 10410

Baş prokuror Kamran Əliyev yeni təyinatlarla bağlı əmrlər imzalayıb

Baş prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib.

Fərid Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub.

Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Hacıyev ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.