Keçmiş nazir Cavid Qurbanovun rəqibi oldu

kecmis-nazir-cavid-qurbanovun-reqibi-oldu
Oxunma sayı: 6122

Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun deputatlığa namizədliyi 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, onun namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülüb. Həmin dairədən Həmidovun əsas rəqibi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Dəmir Yollar QSC-nin sədri, millət vəkili Cavid Qurbanovdur.

Günel Türksoy