Kəmalə də serialdan getdi - Ssenari dəyişdirilir

kemale-de-serialdan-getdi
Oxunma sayı: 4793

Aktyor Elcan Rəsulovdan sonra aktrisa Kəmalə Piriyeva da “Ər və arvad” serialından gedib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hər iki baş qəhrəmanın ayrıldığı reytinqli ekran işinin ssenarisində də dəyişiklik olacaq.

Hər çərşənbə axşamı və çərşənbə ATV-də yayımlanan layihəyə 3 cütlük cəlb olunacaq, onların maraqlı dialoqları  efirdə göstəriləcək. Serialda rol alacaq cütlüklərin adları hələlik məlum deyil.