Kərəm Həsənovdan yeni təyinat

kerem-hesenovdan-yeni-teyinat
Oxunma sayı: 7737

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəhbərliyindəki dəyişikliklərə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, DƏDRX-in vəzifəsindən azad edilmiş keçmiş rəisi Məhəmməd İmanov komitənin tərkibindəki digər qurumun - İstehsal və xidmət müəssisə və obyektlərinin idarəetmə mərkəzinə (İXMM) direktor təyin edilib. Vəzifəsindən azad edilmiş DƏDRX rəisinin müavini Seymur Əliyev isə Reyestr xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə rəis təyin olunub.