Kılıçdaroğludan çox bu qız danışıldı... - Video

kilicdarogludan-cox-bu-qiz-danisildi
Oxunma sayı: 4829

CHP lideri Kamal Kılıçdaroğlunun Atatürk Qızlar Yüksək Təhsil Yurdunun açılışı mərasimində çıxışı zamanı gənclərdən birinin onun sözlərinə reaksiyası marağa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, siyasətçi çıxışında hakimiyyətə gəldiyi təqdirdə gənclərə üstün veriləcəyini, onlar arasında ayrıseçkiliyə yol verilməyəcəyini bildirərək sözlərinə belə davam edib: “Yeni bir siyasətə başlayırıq. Davadan uzaq, dostluqla inşa edilmiş bir siyasətə... Yerli seçkilərdə qələbə əldə etdik. Növbə ikinci mərhələyə gəldi. Bu mərhələdə görəcəksiniz, bəy əfəndini (Prezident Rəcəb Tayyib Ərdoğan-red.) hakimiyyətdən endirəcəyik”. 

Kılıçdaroğlunun Ərdoğanı nəzərində tutaraq bu sözləri dilə gətirdiyi zaman onun sağ tərəfində dayanmış tələbə qızın üz ifadəsinin şəkildən-şəkilə girməsi diqqətləri cəlb edib.