Böyük Britaniyada ölkənin keçmiş kraliçası II Elizabetin heykəlinin açılış mərasimi keçirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə Britaniya kralı III Çarlz və həyat yoldaşı Kamilla da iştirak edib.
Tədbir zamanı izdihamın içərisində olan bir etirazçı kral və kraliçaya yumurta atıb.
Məlum olub ki, hadisəni törədən şəxs “Bu ölkə qul qanı üzərində qurulub” deyə qışqırıb.
Yumurtalar Kralın qarşısına düşsə də, ona dəyməyib.
Şahidlərin sözlərinə görə, hücumu həyata keçirən şəxs nəzarətə götürülüb.




Son xəbərlər
Son Xəbərlər