Kral Ərdoğanla görüşdən imtina etdi

kral-erdoganla-gorusden-imtina-etdi
Oxunma sayı: 4192


“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat yayan Mərakeş saytları Ərdoğanın kral Məhəmməd VI tərəfindən qəbul edilmədiyini yazıblar. 

Kralın Ərdoğanı qəbul etməməsinin heyət üçün gözlənilməz sürpriz olduğu bildirilib. Yerli mətbuat baş nazirin sadəcə Müsəlman Qardaşları ilə görüşə bildiyini yazıb. Baş nazirin bu səbəbdən Mərakeşdən gözləniləndən tez ayrıldığı qeyd edilib. 

Paytaxt Rabatda hava limanında təmtəraqlı şəkildə qarşılanan Ərdoğanın oradan birbaşa kralın babasının məzarını ziyarət etdiyi də deyilir.