Kralın milyardlıq xəzinəsi tapıldı - Prezident rəsmən elan etdi

kralin-milyardliq-xezinesi-tapildi
Oxunma sayı: 8503

Kolumbiya prezidenti dənizin dibində, içərisində xəzinə olan batmış gəmi tapıldığını elan edib.

“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, prezident Xuan Manuel tvitter hesabında yazaraq bildirib ki, gəmi dəniz döyüşləri zamanı, 300 il əvvəl batıb.

Kolumbiya sahillərində tapılan zümrüd, qızıl və gümüş qəpiklərdən ibarət xəzinənin dəyərinin on milyardlarla dollar həcmində olduğu deyilir. Xəzinənin İspaniya kralı, V Filippə aid olduğu və gəminin 1708-ci ildə batdığı bildirilib.