KTMT Ermənistana missiya göndərir

ktmt-ermenistana-missiya-gonderir
Oxunma sayı: 5832

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana missiya göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə KTMT-nin katibliyi məlumat yayıb.

“Baş katib Stanislav Zasın başçılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistana göndərilməsi barədə razılıq əldə olunub” – məlumatda bildirilir. 

Qeyd olunur ki, mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyəti, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.