Kürdə axtarılan dörd uşaq anası Bakıda imiş - “Məni axtarmayın”

Kürdə axtarılan dörd uşaq anası Bakıda imiş
Oxunma sayı: 8743

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Kür çayının kənd ərazisindən keçən hissəsində boğulmadığı məlum olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, o, səhər saatlarına yaxınlarına zəng edərək, Bakıya getdiyini bildirib.

“Məni axtarmayın, Bakıdayam”, - qadın deyib.

Bu səbəbdən onun Kür çayında axtarışları dayandırılıb.

Qeyd edək ki, qadının Kür çayında boğulduğu ehtimal olunurdu. Buna səbəb A.Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olması idi.

Qadının bundan narahat olan yaxınları dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər. Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Qeyd edək ki, A Bəndəliyeva ailəlidir, üç qızı, bir oğlu var.