Kürdəmirdən seçilmiş deputat Belçika sakini imiş

kurdemirden-secilmis-deputat-belcika-sakini-imis
Oxunma sayı: 10897

Belçika Krallığında yaşayan azərbaycanlı Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən Milli Məclisə deputat seçilib.

“Qafqazinfo”nun məlumatına görə, strateq.az MSK-ya istinadən bildirir ki, Brüsseldə yaşayan Müslüm Məmmədov 14 387 səs toplayaraq qalib gəlib. O, özünün anket məlumatında Belçika Krallığının Brüssel şəhərində yaşadığını göstərib. Bitərəf olan deputatlığa namizəd Brüsseldə Azərbaycan Kommunikasiya Ofisinin rəhbəridir. 2009-cu ildə fəaliyyətə başlamış bu ofis Belçikada lobbi xidmətinin təşkili ilə məşğuldur. Deputatın 35 yaşı var.

Təşkilatın əsas məqsədi Azərbaycanın siyasi, iqtisadi, mədəni xəbərlərini, eləcə də tarixi, qədim adət-ənənələrini, musiqisini Avropada, xüsusən də Brüseldə yerləşən Avropa cəmiyyətlərində yaymaqdır.

Ofisi Brüsseldə yerləşir (200, Louise küçəsi, 1050, Brüssel, Belçika).