Küsülü həmkarlar bir arada- - Elgizin toyunda nə baş verdi? + fotolar

kusulu-hemkarlar-bir-arada-
Oxunma sayı: 11898


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, “Adam içində” verilişinin aparıcısının toyu səsli-küylü keçib. Sərxan Kərəmoğlunun idarə etdiyi toyun aparıcı müğənniləri əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədov olub. 

Sərxanın təqdimatı ilə qonaq sənətçilər səliqə ilə səhnədə çıxış ediblər. Bircə xalq artisti İlhamə Quliyeva bu səliqəni pozub. O, səhnədə deyil, elə oturduğu yerdə mahnı oxuyub. Amiranə şəkildə Cavanşir bəyi və musiqiçiləri ayağına çağırıb.

Xalq artisti Flora Kərimova küsülü həmkarından fərqli olaraq özünü çox sadə və təvazökar aparıb. 

Flora xanımı İlhamə Quliyevanın masasında əyləşənlərdən başqa, bütün qonaqlar sənətkarı ayaq üstə gur alqışlarla qarşılayıblar. Amma Sərxan Kərəmoğlunun qonaqlardan onun üçün bir daha alqış istəməsi, Kərimovanın xoşuna gəlməyib.

“Tamaşaçıdan alqış istəmək sənətkara təhqirdir. Bu sənətkarı alçaltmaqdır. Sənətkar üçün alqış dilənmək olmaz. Mənım ona ehtiyacım yoxdur. Tamaşaçı, dinləyici özü istəsə məni alqışlayacaq” - deyə, iradını bildirib.  

Flora xanım ifasını başa çatdırdıqda, təəccüblü də olsa, İlhamə Quliyeva əllərini yuxarı qaldıraraq onu alqışlayıb.

Bir-birlərinin ünvanına efirdə və saytlarda təhqirlər işlədən Nadir Qafarzadə ilə Cavanşir Məmmədovun toy boyu pıçıldaşması da qonaqlara qəribə gəlib.