“Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək”

lacin-dehlizi-ve-lacin-seheri-azerbaycana-tehvil-verilecek
Oxunma sayı: 10094

“Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Xəbəri rus dilində oxuyun: “Лачинский коридор и город Лачин отойдут Азербайджану" - Пашинян

Onun sözlərinə görə, Ermənistan hazırda rusiyalı tərəfdaşları ilə danışıqlar aparır: “Belə ki, dəhliz rusiyalı sülhməramlıların tam nəzarəti altında olmalıdır”.

Paşinyan bildirib ki, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaq.