Lavrovun maskasındakı yazı marağa səbəb oldu - Foto

lavrovun-maskasindaki-yazi-maraga-sebeb-oldu
Oxunma sayı: 9343

Çində rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun “FCKNG QRNTN” (Lənətə gəlmiş karantin) yazılı maska taxması diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, Lavrov sözügedən maskanı ​​taxaraq fotoşəkil və video da çəkdirib. Kadrlar xarici işlər nazirinin Çinə səfəri zamanı Quylin əyalətini ziyarət edərkən çəkilib.

Maskanın Lavrova jurnalistlər tərəfindən hədiyyə olunduğu bildirilib.

“Jurnalistlər Lavrova maska ​​hədiyyə etdilər. Həm maska, həm də yazı nazirə uyğundur”,- deyə Rusiya XİN-in rəsmi tiktok səhifəsindəki paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Lavrov həmkarı Vang Yi ilə görüşüb. Sabah danışıqlar davam edəcək və daha sonra rus nazir Cənubi Koreyaya yola düşəcək.