Lənkəranskinin qətli ilə bağlı 4 nəfər saxlanılıb - 3-ü azərbaycanlıdır

lenkeranskinin-qetli-ile-bagli-4-nefer-saxlanilib
Oxunma sayı: 13787

Ötən gecə İstanbulda  Rövşən Lənkəranskiyə qarşı təşkil edilən sui-qəsd faktı ilə bağlı 4 nəfər saxlanılıb. 

"Qafqazinfo" Rusiya KİV-ə istinadən xəbər verir ki, Lənkəranskinin qətlindən dərhal sonra 3 azərbaycanlı saxlanıllıb. Onlar Rövşənin yaxın çevrəsindən olduqları deyilən Hacı Talıbxanlı (Beyləqanski), Zaur Sumqaitski və Vahid Bakinskidir. Digər saxlanılanın isə Türkiyə vətəndaşı olduğu bildirilir. 

Məlumata görə, qətl baş verən gecə onlar Beşiktaşdakı oteldə Lənkəranski ilə görüşüblər.