Leyla Əliyeva açılışda - Fotolar

Leyla Əliyeva açılışda
Oxunma sayı: 3857

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində noyabrın 12-də Bakıda növbəti həyətin açılış mərasimi keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yenilənmiş həyət Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 ünvanlarında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, əraziyə suvarma hidrantı quraşdırılıb. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həyət müşahidə kameraları ilə təchiz edilib.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi