Leyla Əliyeva Venesiyada- - Fotolar

leyla-eliyeva-venesiyada-
Oxunma sayı: 3879


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib. Sərginin açılışında çıxış edən Leyla Əliyeva Azərbaycan rəssamlarının təmsil olunduğu “Hüdudları aşaraq” sərgisinin əhəmiyyətinə toxunub: “Mən zamana bağlı olmayan bir incəsənətin yaradılmasının bugünkü meyillərlə ayaqlaşmadığına, səmimiyyət və dərin düşüncə ilə incəsənət əsərlərinin yaradılması ilə əlaqəli olduğuna həqiqətən də inanıram. Azərbaycan rəssamları, hətta ətrafındakılar onları dayandırmağa çalışsalar belə bunu uzun illər boyunca ediblər. Ümid edirəm ki, bu sərgini dolaşanda siz bu rəssamların səslərini eşidəcəksiniz və razılaşacaqsınız ki, onların incəsənəti zamanın sınağından keçib”.

Daha sonra “Venesiya Biennalesi” çərçivəsində “Vita Vitale” beynəlxalq sərgisinin açılışı olub.

Xatırladaq ki, bundan əvvəl 55-ci “Venesiya Biennalesi”ndəki “Ornamentlər” adlı Azərbaycan pavilyonunda ölkəmiz 6 rəssamla təmsil olunurdu. Builki tədbirə isə 89 ölkə öz milli pavilyonları və 44 sərgi ilə qatılıb.