Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva İslandiya səfərindən aldığı təəssüratlardan yazı hazırlayıb. Həmin məqalə sözügedən jurnalda çap olunub.
“Qafqazinfo” xəbər verir ki, Leyla Əliyeva “İslandiyanın rəngi” adlı yazısında həmin ölkəni okeanda üzən bir gəmiyə bənzədib.
Vulkanlar ölkəsində olan Leyla Əliyeva havanın temperaturunun mənfi dərəcə olmağına baxmayaraq, ölkənin onu istiqanlılıqla qarşıladığını təsvir edir:
“Bir az gəzintidən sonra at sürməyə getdik. İslandiyada atlar çox qeyri-adidirlər. Xüsusi yerli cins var-poniyə oxşayır. Onlar öz çaparlarını çox yaxşı hiss edirlər. Yaxşı at sürə bilməyən insan üçün bu, qiymətsiz bir şeydir. Maraqlısı budur ki, ata minməmişdən əvvəl mənim onunla heç bir əlaqəm yox idi. Amma müəyyən müddət gəzintidən sonra atla öz aramda xüsusi bağlılıq hiss etdim”.


Son xəbərlər
Son Xəbərlər