Lider TV qalibin pulunu vermir - - Video

lider-tv-qalibin-pulunu-vermir-
Oxunma sayı: 5814


Lider TV-də yayımlanan “Zəif Bənd” verilişinin qalibi Fuad Rasulzadə udduğu pulu ala bilmir. 

Bu barədə o “Qafqazinfo”ya açıqlamasında deyib. F. Rasulzadə bildirib ki, o 2013-cü ilin avqustunda “Zəif Bənd”də oynayıb və qalib gələrək 2250 AZN udub. Verilişin özü isə 02.03.2014-cü il tarixində efirə gedib: “Bizə oyundan əvvəl imzalanan müqavilədə belə bir bənd vardı ki, veriliş efirə gedən gündən sonra 3 ay ərzində udulan məbləğ verilir. Amma martın 2-dən artıq 4 aya yaxın müddət keçib. Nə vaxt Lider TV-yə gedirəmsə deyirlər pul yoxdu, get sentyabrda gəl. Telefon zənglərimə də məsul şəxslərdən heç kim cavab vermir”. 

F. Rasulzadənin qalib gəldiyi oyunun videosunu təqdim edirik.