Lukaşenko Putini böyük qardaşı adlandırdı

lukasenko-putini-boyuk-qardasi-adlandirdi
Oxunma sayı: 8071

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, o və Rusiya Prezidenti Vladimir Putin, Minsk və Moskvanın münasibətlərindəki bəzi çətinliklərə baxmayaraq, yaxşı dostdurlar. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu siyasətçi “V qostyax u Dmitriya Qordona” proqramına müsahibəsində deyib.

“Bəli, müəyyən gərginliklər var, çünki biz hər ikimiz güclü şəxsiyyətlərik... Mən Vladimir Vladimiroviçi böyük qardaşım hesab edirəm... İnanıram ki, böyük qardaş həmişə kiçik olanları dəstəkləməlidir və mən həmişə bunu Putinə deyirəm”, - Lukaşenko bildirib.

O qeyd edib ki, bəzən ortaya çıxan fikir ayrılıqlarına baxmayaraq, onlar dost olaraq qalırlar.

Həmçinin, Belarus Prezidentinin sözlərinə görə, Putin ona heç vaxt hədə-qorxu gəlməyib.

"Heç vaxt (hədə-qorxu gəlməyib – red.)... O, mənə təzyiq etmək üçün heç vaxt cəhd etməyib. O başa düşürdü və bu, həqiqətdir, mənə təzyiq göstərməyin xeyri yoxdur", - Lukaşenko əlavə edib.