Mahir Emreli vacib qol vurdu, penaltini qaçırdı

mahir-emreli-vacib-qol-vurdu-penaltini-qacirdi
Oxunma sayı: 7123

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Superkubokunun oyununa çıxıb.

"Qafqazinfo" xəbər verir ki, Varşava təmsilçisi ötən mövsüm Polşa kubokunun qalibi olan "Rakuv"la qarşılaşıb.

Hesabı 10-cu dəqiqədə "Rakuv" açıb. Matçın 58-ci dəqiqəsində meydana daxil olan Mahir Emreli məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib. Buna görə də oyun penaltilərə qədər uzanıb.

Burada daha dəqiq olan "Rakuv" (4:3) Superkubokun qalibi olub. "Legiya"dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub.

Onun zərbəsi qapı dirəyinə dəyib.

Xatırladaq ki, yeni komandasına tez uyğunlaşan Emreli yoxlama oyunlarında 6, Çempionlar Liqasının 2 matçında 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.