Sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsi mühafizə xidmətinin dörd əməkdaşı həbs edilib.
“Qafqazinfo” moderator.az-a istinadən xəbər verir ki, həbs edilən mühafizəçilər sabiq nazirin qanunsuz göstərişlərini icra etməkdə, ayrı-ayrı şəxslərə qarşı zorakılıq sərgiləməkdə ittiham edilir.
Sayt yazır ki, araşdırmaların sonucunda E.Mahmudov və ailə üzvlərinin mühafizəsini həyata keçirən daha bir neçə şəxsin məsuliyyətə cəlb ediləcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər