Maşın sahildəkiləri vurub dənizə düşdü - Ölən var+Foto

masin-sahildekileri-vurub-denize-dusdu-
Oxunma sayı: 7885

Türkiyədə çimərlikdə yol qəzası baş verib.

Qafqazinfo” xəbər verir ki, hadisə Quşadası turizm şəhərində qeydə alınıb. Sahildə idarəetməni itirən sürücü minik maşınını dincələn vətəndaşların üstünə sürüb. Daha sonra isə maşın yüksək sürətlə dənizə girib. 84 yaşlı sürücünün avtomobili dənizdə batıb.

Yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 yaşlı uşaq da daxil olmaqla 4 nəfər yaralanıb. Xilasetmə qüvvələri maşının dənizdən çıxarılması istiqamətində iş aparırlar.