Mbappe qardaşının PSJ-yə vurduğu qolu çılğın şəkildə qeyd etdi - Foto

mbappe-qardasinin-psj-ye-vurdugu-qolu-cilgin-sekilde-qeyd-etdi
Oxunma sayı: 6190

Fransa Liqa 1-in 7-ci turunda PSJ səfərdə “Lill”in qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb. 

Qarşılaşmanın əvvəlində PSJ 1:0 önə keçsə də, “Lill” 85-ci dəqiqədə məğlubiyyətdən yaxa qurtarıb. 

Meydan sahiblərinin qolunu Kilian Mbappenin qardaşı Ethan Mbappe vurub. 

Matçı tribunadan izləyən Kilian qardaşının qolunu çılğın şəkildə qeyd edib. Onun sabiq komandası PSJ-yə vurulan bu qolu belə qarşılaması diqqət çəkib.