Məhkəmə Rəmiş Cəfərov barəsində də qərar verdi - Yenilənib

mehkeme-remis-ceferov-baresinde-de-qerar-verdi
Oxunma sayı: 9255

Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.

"Qafqazinfo"nun APA-ya istinadən xəbərinə görə, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü inzibati qaydada 30 sutka həbs olunublar.

***

"Report"un məlumatına görə, sürücü Bəxtiyar Məmmədov səhhəti ilə əlaqədar olaraq məhkəməyə çıxarılmayıb.

Rəmiş Cəfərovun barəsində isə cinayət işi olduğu üçün onunla bağlı təqdimata ayrıca baxılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb.

Rəmiş Cəfərov Cinayət Məcəlləsi 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunur. Bu maddəyə əsasən, onu üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.