Məktəbdə 4 uşaq anasını qətlə yetirən iş yoldaşı tutuldu - Yenilənib

mektebde-4-usaq-anasini-qetle-yetiren-is-yoldasi-tutuldu
Oxunma sayı: 9468

İsmayıllı rayonu, Basqal kənd tam orta məktəbində qətl hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, bu gün baş verən hadisə zamanı məktəbin gözətçisi, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayaraq öldürüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçıb.

Həmçinin oxuyun: Məktəbdə 4 uşaq anasını öldürən qazinin - Fotosu

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən B.Əhmədlinin axtarışları davam etdirilir.

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.

***

İsmayıllı Rayon Prokurorluğundan verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub.

Bildirilib ki, fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədlinin Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.