“Mən əsgərəm, ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”

men-esgerem-olke-bascisi-ne-meslehet-gorecekse-haziram
Oxunma sayı: 8151

“Ölkənin hərbi prokuroru kimi səlahiyyət müddətim başa çatmışdı. Ona görə də mənim təqaüdə yola salınmağım gözlənilməz olmadı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Gununsesi.info-ya  açıqlamasında dünən təqaüdə göndərilən hərbi prokuror Xanlar Vəliyev bildirib.

Konstitusiya Məhkəməsinə hakim göndəriləcəyinə dair yazılanlara gəlincə, Xanlar Vəliyev “Mən əsgərəm. Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”, - deyib.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 2005-ci ildən Azərbaycanın hərbi prokuroru idi.