“Meridian”dan yanğınla bağlı xəbərlərə- - Reaksiya

meridiandan-yanginla-bagli-xeberlere-
Oxunma sayı: 3514


“Meridian”ın sahibi Ramiz Həsənov “Qafqazinfo”ya açıqlamasında bütün bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:

“Heç bir yanğın hadisəsi baç verməyib. Bu gün sadəcə olaraq restoranın kababxanalarındakı borular dəyişdirilib. “Meridian”da heç bir problem yoxdu, restoranda hazırda böyük məclis var. Fəaliyyətimizi hərgünkü kimi davam etdiririk. Bu tipli xəbərlərin də haradan qaynaqlandığını başa düşmürük...”

Qeyd edək ki, adıçəkilən restorandakı yanğın xəbərini mətbuata toy üçün getmiş vətəndaşlardan birinin ötürdüyü deyilirdi.

“Qafqazinfo”