Mərkəzi Bankın departament rəhbəri vəzifəsindən azad olundu

merkezi-bankin-departament-rehberi-vezifesinden-azad-olundu
Oxunma sayı: 3829

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı departamentinin rəhbəri Mehriban Məmmədova vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxıb və yerinə hələ ki təyinat olmayıb.

M.Məmmədova bu vəzifəyə ötən ilin may ayında təyin olunmuşdu.