Məşhur cütlük ilk dəfə əl-ələ görüntüləndi - Video

meshur-cutluk-ilk-defe-el-ele-goruntulendi
Oxunma sayı: 2925

Bir müddətdir sevgili olduqları iddia olunan aktrisa Pınar Deniz və həmkarı Kaan Yıldırım ilk dəfə əl-ələ görüntülənib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc sevgililər dünən axşam Harbiye Açıq Hava Teatrının səhnəsində Melike Şahinin konsertini izləyib. Cütlük “Hər şey çox yaxşı gedir. Gördüyünüz kimi daha şərhə ehtiyac yoxdur, çox xoşbəxtik” deyərək sevgilərini elan ediblər.

Qeyd edək ki, Kaan Yıldırımın müğənni Hadisə ilə münasibəti bitdikdən sonra adı aktrisa Hande Erçel ilə hallanmışdı. Lakin bu münasibətin ömrü uzun olmadı. Pınar Deniz isə həmkarı Yiğit Kirazçı ilə eşq yaşayırdı.