Məşhur futbolçu vəfat etdi

meshur-futbolcu-vefat-etdi
Oxunma sayı: 4686

Braziliyalı futbolçu və məşqçi Mario Zaqallo vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 93 yaşlı Zaqallonun vəfat xəbəri barədə onun sosial media hesabında paylaşım edilib.

“Əbədi dünya çempionumuz Mario Xorxe Lobo Zaqallonun vəfatını böyük təəssüf hissi ilə bildiririk. Fədakar ata, mehriban baba, qayğıkeş qayınata, sadiq dost, qalib olan peşəkar və böyük insan”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Zaqallo dörd dəfə - iki dəfə futbolçu (1958, 1962), bir dəfə baş məşqçi (1970) və bir dəfə köməkçi məşqçi (1994) kimi dünya kubokunu qazanıb.