Məşhur müğənni bölməyə çağırıldı - Fahişə qalmaqalı + Video

meshur-mugenni-bolmeye-cagirildi
Oxunma sayı: 9916

Müğənni Niran Ünsal polis şöbəsinə çağırılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni tvitterdə aparıcı Duyğu Çetinkayanın fahişəlik əməliyyatında həbs olunması barədə yalan xəbər yayıb.

Niran Ünsal polis bölməsinə çağırılaraq ifadə verib. Müğənni ifadəsində bildirib ki, sözügedən paylaşım edilən zaman televiziya proqramında qonaq olub:

“Duyğu Çetinka haqqında paylaşım edilən zaman verilişdə qonaq olmuşam, telefonum menecerim Murat Başaranda olub. Duyğu ilə bir neçə il əvvəl qalmalımız olmuşdu. Menecerimdə şayiə eşidib, məni müdafiə etmək üçün belə bir paylaşım edib. Məsələdən bir müddət sonra xəbərdar olmuşam”.

Posta qəzeti yazır ki, paylaşımdan sonra Duyğu Çetinkaya məhkəməyə müraciət edib. O, Ünsal haqqında “şifahi və ya yazılı təhqir” maddəsi ilə cinayət açılmasını tələb edib, müğənniyə 2 ilə qədər həbs cəzasının verilməsini tələb edib.

Mura Başaran ölkə xaricində olduğu üçün Niran Ünsalın polis şöbəsinə çağırıldığı qeyd edilib.

Qeyd edək ki, tərəflər arasında qalmaqal iki il əvvəl “Söylemezsen olmaz” verilişində baş vermişdi. Niranla Duyğu bir-birilərini sərt tənqid etmişdilər.