Türkiyəli müğənni Teomanın məşhur olmazdan əvvəl reklam agentliklərinə göndərdiyi iş müraciəti forması (CV) üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, onun CV-si qısa müddətdə sosial mediada diqqət çəkib.
CV-də yer alan iddialı ifadə isə xüsusilə maraq doğurub.
Müğənninin Boğaziçi Universitetində tələbə olduğu dövrdə hazırladığı CV-də “İndi məni işə götürməsəniz, sonradan peşman olacaqsınız” cümləsi yer alıb. Bu ifadə Teomanın özünəinamını və fərqli baxışını açıq şəkildə ortaya qoyub.
Klassik CV formatından kənara çıxan müraciət forması onun qeyri-adi üslubunu və yaradıcılıq baxışını əks etdirib. Teomanın bacarıqlarını təqdimetmə tərzi və özünə inamı oxucular tərəfindən maraqla qarşılanıb.
İllər sonra rok musiqisinin sevilən simasına çevrilən Teomanın bu iddialı qeydi pərəstişkarları tərəfindən onun gələcək uğurunun ilk işarəsi kimi dəyərləndirilib.
Sosial şəbəkələrdə bir çox istifadəçi bu müraciəti “ulduz xarakterinin o dövrdən hiss olunması” kimi şərh edib.

Son xəbərlər
Son Xəbərlər