Məşhur qrupun üzvü öldürüldü

meshur-qrupun-uzvu-olduruldu
Oxunma sayı: 5302

Türkiyənin məşhur qrupu “Məzdəkə”nin rəqqasələrindən biri olan Aynur Kanbur öldürülüb.

“Qafqazinfo” Milliyet-ə istinadən xəbər verir ki, tapançayla öldürülən sənətçinin meyiti Fulyadakı evində tapılıb.

Hələlik kimliyi məlum olmayan qatil Kanbura 6 dəfə atəş açıb. Güllələrdən beşi rəqqəsənin bədəninə, biri isə sifətinə dəyib. O, hadisə yerindəcə keçinib.

Qətli törədən şəxs isə hadisə yerindən qaçmağa müvəffəq olub. Polis onun tapılması istiqamətində axtarışlara başlayıb.

Sənətçinin dostları, qohumları onun evinə axışıblar. Tanınmış rəqqasə Asena Aynur Kanburun tabutunda sarılaraq göz yaşlarını saxlaya bilməyib.